Müğənni Roza Zərgərli onun adından sosial şəbəkədə falçını reklam edən səhifə və falçıdan polisə şikayət edib.
Teleqraf.com xəbər verir ki, Roza Zərgərli sosial şəbəkədə İnstaqramda canlı yayım zamanı bu haqda məlumat verib. O, falçı ilə telefon vasitəsilə əlaqə saxlayaraq "Sən də daxil olmaqla şəklimlə səni reklam edənləri məhkəməyə verəcəm",-deyib.
İfaçı hüquq-mühafizə orqanlarına müraciət etdiyin açıqlayıb: "İnanıram ki, polis sosial şəbəkədə ifşa olunun dələduzluqla bağlı bir tədbir görəcək. Biz sənət insanlarının adından qara piar olaraq özlərinə reklam qazanırlar. Dinimizə aid olmayan yalandan insanları dolandıraraq onların pullarını mənimsəyirlər".