Əməkdar artist Mətanət İsgəndərlinin oğlu Kərimin nişan mərasimi baş tutub.
Teleqraf.com xəbər verir ki, bu barədə Kərimin keçmiş həyat yoldaşı Canana Həmidova İnstaqramda məlumat yayıb.
O, Kərimin Aysel adlı xanımla nişanlandığını bildirərək Mətanət İsgəndərlinin ünvanına sərt ittihamlar irəli sürüb: "Bu zaman nə demək lazımdır, Allah xoşbəxt eləsin. Axır ki, illərlə qurduğun istəyə nail oldun. Mən də sənə xeyir-dua verirəm. O Mətanət İsgəndərlisən ki, 21 yaşlı qıza üzük taxıb, sonra 8 il onun başına oyun gətirmisən. Halbuki mən Canana hər zaman hörmətini saxladım. Mənim balalarımı geri qaytar, mən övladlarımı ögey anaya vermək üçün dünyaya gətirməmişəm".
Qeyd edək ki, Kərimlə Canananın birgə nikahından üç övladı var.