6 Yanvar 2022 13:57
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Aysel Əlizadənin ailə üzvləri omikron virusuna yoluxub.

Teleqraf.com xəbər verir ki, Aysel Əlizadə video paylaşaraq ailə üzvlərinin koronavirusun yeni ştammına yoluxduğunu deyib: "Ailə üzvlərimdən bir neçəsi koronavirusun yeni ştammına yoluxub. Ailə üzvlərinizə diqqət edin! Evinizdə körpə, yaşlı varsa, özünüz qoruyun ki, daşıyıcı olmayasınız. Buna boş xəstəlik kimi yanaşmayın.

Koronavirusa yoluxmuşdum. Reseptin yüzdə on faizini almışam, 200 manat ödəmişəm. Bunların hamısını nəzərə alaraq xahiş edirəm ki, xəstəsinizsə evdə oturun, bu xəstəliyə insanları yoluxdurmaq lazım deyil. Xəstə insalar çölə çəxanda vicdanla dşüünün.

Ayda 200-300 manat maaşa işləyənlər var ki, bu gün onu ödəyə bilmir".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər