Məşhur stilist Anar Ağakişiyevin yeni aldığı lüks evindən görüntülər paylaşması qalmaqala səbəb olub.
Teleqraf.com xəbər verir ki, şəbəkə izləyicisinin "Bu evi hansı pullarla almısınız?" sualı Anar Ağakişiyevi özündən çıxarıb.
Stilist İnstaqramda hekayə bölümündə video paylaşaraq şəbəkə istifadəçisinin ünvanına xoşagəlməz sözlər deyib: "22 ildir işləyirəm, mənə belə bahalı mənzildə yaşamaq düşmür?! Əvvəl yaşadığım evi və məhəlləni görsəydiniz deyərdiniz ki, dünyada tanınan bir adam burada qalır... Ağzınıza gələni yazırsınız. Məni səhv salmayın, o biri üzümü görməmisiz. Sizə elə cavab verərəm ki, yeddi qatınızdan keçər.
Məşhurları qınaq obyektinə çevirirsiniz. Siz isti yataqda yatanda, toy mərasimlərinə gedib, əl-qolunuzu qaldırıb kef edəndə mən səhər saat 6-da oyanıb, qul, fəhlə kimi işlədim ki, bu səviyyəyə çatım. Mənim evimdən kimə nə?! Anar bu evi əziyyəti və halal zəhməti ilə qazanıb".
Qeyd edək ki, Anar Ağakişiyev özünə yeni mənzil alıb.