Xalq artisti Aygün Kazımovanın doğum günü ilə bağlı Hövsan qəsəbəsində adına təşkil edilən "Aygün bağı"nda ağacəkmə aksiyasında iştirak edib.
Teleqraf.com xəbər verir ki, Aygün Kazımova təəssüratlarını dilə gətirib:
"Doğum günümə özəl olaraq "Aygün fan klub"dan qeyri-adi bir doğum hədiyyəsi aldım. Bu dəfə fanatlarım mənim üçün "Aygün bağı" saldılar. Mən də "50+1" aksiyasında iştirak etdim və ağac əkdim. Aksiyada iştirak edən fanatlarıma Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm".
Qeyd edək ki, Aygün Kazımovanın sabah doğum günüdür.