20 Noyabr 2014 17:22
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Whatsapp”ın rəhbərliyi istifadəçilərini yeni təhlükəsizlik funksiyası ilə sevindirəcək.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bundan sonra yazılan mesajı onu yazan və oxuyandan başqa heç kim şifrəsiz görə bilməyəcək.

Şirkət bunu “TextSecure ” adlı sistemin vasitəsilə həyata keçirəcək. Bu yeni funksiya ilk olaraq Android əməliyyat sistemi üçün nəzərdə tutulub.

Xatırladaq ki, hazırda 600 milyondan çox istifadəçisi olan proqram bu ilin fevralında 22 milyard dollara “Facebook” sosial şəbəkəsinin rəhbəri Mark Zukerberqə satılmışdı.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər