4 Fevral 2022 12:51
1 687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Tünzalə Ağayeva Azad Azərbaycan Televiziyasında şəxsi həyatı haqqında etirafı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Tünzalə Ağayeva "Sevgiyə ehtiyacınız varmı?" sualına "Əlbəttə ki, sevgiyə ehtiyacım var. Qadın bir çikəkdir, ağacdır. O, daim baxılmağa, nəvazişə, bəslənməyə ehtiyacı var. Bəhram Bağırzadə mənə deyir ki, sənə nə olub? Niyə belə dəyişirsən? Sən aşiq olmusan? Cavab verirəm ki, "hə" Bəhram", - deyə cavab verib.

Xala artisti sevdiyi şəxsin adını açıqlamayacağını da deyib: "Düşünürəm ki, bunu söyləməməyə böyük bir haqqım var. Adını desəm də, deməsəm də mənə görə heç nə dəyişməyəcək. Bu hamının həyatında baş verən normal dəyərlərdir. İnsan öz ailə dəyərlərini, münasibətini cəmiyyətə göstərib- göstərməməsini özü seçir. Mən heç vaxt şəxsi həyatımla bağlı piarım getməsini istəməmişəm. Bunu 20 il ərzində deməmişəmsə, bundan sonra da deyən deyiləm. Şəxsi həyatımda çox xoşəxtəm. "İkinci bahar"ımı yaşayıram. Mənim şəxsi həyatım və sənətim toqquşmayıb. Bu gün şəxsi həyatım və sənətim bir arada çox gözəl gedir. Bir gün olacaq ki, mən özümə deyəcəm, Tünzalə səhnə bitdi, sənətin başqa istiqamətinə yönəl".

Qeyd edək ki, Tünalə Ağayeva bir dəfə evli olub. Onun bir qızı var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər