21 Noyabr 2014 13:40
3 084
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Xalq artisti, məşhur müğənni Brilliant Dadaşovanın şikayəti əsasında gənc oğlan həbs olunub.

Teleqraf.com aznews-a istinadən xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsi gənc oğlana 15 sutka həbs cəzası verib.

Məhkəmədə həmin şəxsin müğənniyə qarşı xuliqanlıq etdiyi açıqlanıb. Belə ki, o, çılpaq şəkillərini müğənniyə Vatsap (WhatsApp) vasitəsilə göndərməklə, qeyri-əxlaqı hərəkətlərə yol verib. Bunu özünə qarşı təhqir hesab edən Xalq artisti məhkəməyə müraciət edərək həmin gəncin cəzalandırılmasına nail olub.

Xəbəri Brilliant Dadaşova məlumatı təsdiq edib.


Müəllif:

Oxşar xəbərlər