25 Fevral 2022 13:22
1 049
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Turan İbrahimov Rusiyanın Ukraynaya hücumuna reaksiya verib.

Teleqraf.com-un məlumatına görə, Turan İbrahimov sosial şəbəkədəki paylaşımında qeyd edib ki, Ukrayna lap əvvəldən, müstəqilliyinin ilk günlərindən milli maraqları, dövlətçiliyi üçün bütün təhlükələri, xüsusilə də Rusiya faktorunu nəzərə alıb, tam fərqli xarici siyasət xətti tutmalı idi.

"O, Avropanın tam mərkəzindədir. Amma bu, yalnız coğrafi mərkəz olma ilə bitməməli idi. Ukrayna neytral, balanslı mövqeyi ilə həm də Avrasiyanın əməkdaşlıq, uzlaşma mərkəzinə çevrilməli idi. Elə bir siyasət yürütməli idi ki, onu itirməyi Qərb də gözə ala bilməsin, Rusiya da. Amma bunu edəcək təfəkkürdə liderləri olmadı. Qərbdən ayrılan kreditlərə Ukraynanı, onun spesifik tarazlıqlarını satdılar. Zelenski isə çox şeyi düzəldə bilərdi. Bacarmadı! Çünki daxildəki sosial-şəbəkə axmaqları və Qərbdəki riyakar mərkəzlər onu çaşdırdılar, oyuna gətirdilər.
Əgər Putin Zelenskini neytral olmağa, Ukraynanı öz istədiyi siyasi xəttə məhkum edəcəksə, o zaman Ukraynanın son 30 ili nəyə lazım idi? Rasional düşünən hər kəsi yaltaqlıqda, qorxaqlıqda ittiham edən sosial şəbəkə axmaqları, siz də eyni Qərbdəki lider qırıqları kimi ancaq boş-boş danışmağı və söyməyi bacarırsınız. Sizin hamınızın üzünə məhz elə Zelenski, dünən gecəki çıxışı ilə tüpürdü!".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər