Əməkdar artist Elza Seyidacahan Xəzər televiziyasında bayağı mahnı ifa edən sənətçiləri tənqid edib.
Teleqraf.com xəbər verir ki, Elza Seyidacahan sözgüdən ifaçıları "tarakana" bənzədib:
"Onlar bizim musiqidə heç "tarakan" da deyillər, bundan da iyrəncdirlər. Bəziləri iradları da qəbul etmirlər, elə danışırlar ki, sanki ağızlarından alov püskürür. O musiqilər biabırçılıqdır, adımıza ləkədir. Onları dinləyən insanlara da yazığım gəlir. Pəncərə, qapı silərəm, səhər durub, küçələri süpürüb, pul qazanaram, balarımı saxlayaram. Amma öz incəsənətimə xələl gətirib, elə musiqilər oxumaram".