23 Noyabr 2014 11:09
2 229
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəhayət, əsl qadına oxşayan modellərə rast gəldik. Bilirik ki, modellərin hər birindən tələb edilən əsas keyfiyyət skeletlə sərhədlənmiş cılızlıqdır. Bəli, onlar kamera önündə gözəl görünə bilərlər, ancaq artıq moda dünyasına artıq çəkili modellər təkanını verməyin vaxtdır.

Teleqraf.com Ailem.az-a istinadən moda dünyasında tanınmağa başlayan 10 artıq çəkili modeli təqdim edir.

Lizzie Miller

2009 -cu ildə “Glamour” jurnalı üçün verdiyi çılpaq pozları ilə qadın moda dünyasına həyəcan qatıb. Lizzienin toxunulmamış fotoları qadının öz bədənində özünü necə rahat hiss etməsini ifadə edir.

Kaela Humphries

Artıq çəkili qadın olaraq moda dünyasında tanınan Kris Humphriesdən sonra Kaela Humphries ikinci addımı atıb.

Nadia Aboulhosn

2011-ci ildə “American Apparel`s XL” moda yarışmasının qalibi olub. Modelliklə yanaşı “Lucky”, “The New York Times”, “Refinery 29” jurnallarında bloq yazılar yazır.

Fluvia Lacerda

“Artıq çəkili Qisele Bünxen” olaraq tanınır. Vətəni Braziliyanı təmsil edərək bütün dünyaya səs salıb. 2012-ci ildə “Vogue İtalia” və “Bust” jurnalı üçün kamera qarşısına keçib.

Ashley Graham

“Levi” moda şirkəti ilə əməkdaşlıq edir. “Vogue”, “Glamour” jurnallarına çəkilib. “Lane Bryant” markasının siması olub.

Kandise Huffine

Tara Lin və Robin Tavleylə birgə piy qatlarına görə, 2011-ci ildə “Vogue İtalia”nın siması olublar. Lizzie Millerdən sonra “Glamour”un siması olan ikinci artıq çəkili modeldir.

Anansa Sims

Anası da vaxtilə model olaraq çalışıb. İlk dəfə 1974-cü ildə “Vogue” jurnalının siması olub və Afrika-Amerika modeli seçilib. 2011-ci ildə Lane Bryant şousunda podiuma çıxıb. “Glamour Vassarette”, “Kohl`s Kmart” və “Forever 21”in simasıdır.

Tara Linn

2011-ci ildə “Vogue İtalia”nın ən məşhur möhtəşəm qadın simalarından biri olub. Projektor işığına daha çox məruz qalan artıq çəkili modeldi.

Marquita Prinq


“Vogue İtalia”nın 3 gözəl qadın simasından biridir. Araqat qəbul edərək kökəlməyə çalışdığnı etiraf edib. 2011-ci ildə “Jean Paul Gaultier” şousunda çıxış edib. Vətəninə telefonsuz getdiyi üçün o zamanlar gələn təklifləri qaçırmışdı.

Robin Lauley

Avstraliyalı məşhur model “Vogue İtalia”nın üz qabığına çəkilən modelləriən biridir. Artıq çəkili olsa da, karyerasında çox uğurludur. “Ralph Lauren” şirkətilə əməkdaşlıq edən ilk artıq çəkili modeldir. 2011-ci ildə Sidney jurnalı tərəfindən “Top 100 most İnfluential people of the year” siyahısında yer alıb. 2012-ci ildə “Marie Claire”in siması olub. “Vogue Australia”da görünən ilk artıq çəkili modeldir.


Müəllif:

Oxşar xəbərlər