Mağazaların birindən alınan düyünün içindən həşəratlar çıxıb.
Teleqraf.com xəbər verir ki, bu barədə aparıcı Aytən Səfərova İnstaqram hesabında məlumat verib.
O, "Mumtaz" markasından olan düyünü hazırlayan zaman içində həşəratların olduğunu bildirib: "İldə bir dəfə bu düyüdən aldım, axşam da qonaqlar gələcək. Digərlərinə nisbətən daha bahalıdır. Ağzını açdım, baxdım ki, içində qara cücülər var. Düyünü üstündə son istifadə tarixi 2024-cü ilə qədər göstərib. Nə edək?!"