Əməkdar artist Manana Caparidze anasını doğum günü münasibətilə təbrik edib.
Teleqraf.com xəbər verir ki, Manana Caparidze İnstaqramda anasının doğum günündən görüntü paylaşaraq arzularını çatdırıb.
"Nəfəsim, əzizim, mənim misilsiz anam, ümid yerim, gözümün işığı, səni ürəkdən, səmimi qəlbdən təbrik edirəm. Ad günün mübarək! Nə qədər ki, həyatda varam, hər zaman sənə görə dua edəcəm. Tanrıya mənə bağışladığı belə qiymətli hədiyyəyə görə minnətdaram. Sənə olan sevgim səmimi və sonsuzdur. Allah səni qorusun".
Qeyd edək ki, Manana Caparidze biznesmen Georgi Qabalev ilə evlidir. Cütlüyün iki övladı var.