Məşhur müğənni Mila Sayrus 22 yaşını qeyd edib.
Teleqraf.com xəbər verir ki, o, "Party Monstr" ("Parti canavarı") filminə bənzədilən doğum günü partisi təşkil edib. Qeyri-adi hərəkətləri ilə seçilən müğənninin Nyu-Yorkdakı doğum günü qonaqlığı da çılğınlığıyla seçilib.
Partidə iştirak edənlərin fikrincə, ordakı hər kəs, xüsusi ilə Mila sanki "ağlını itirmişdi".
Müğənninin yeni sevgilisi Patrik Şvarsneqqer də doğum günündə iştirak edənlər arasında olub.
Teleqraf.com ad günündən olan fotoları təqdim edir :
Rüstəm