26 Aprel 2022 13:20
1 045
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prodüser Tarix (Tolik) Əliyev Afaq Gəncəlini aparıcılıq etdiyi “Səhər mərkəzi” verilişi haqqında ittiham səsləndirib.

Teleqraf.com xəbər verir ki, o, "Səhər mərkəzi"ni özünün MTV Azərbaycan kanalında aparıcılıq etdiyi “Tarixin bir günü” verilişindən mövzu oğurluğunda ittiham edib: “Heç kimin verilişindən mövzu götürüb qonaqlarıma sual vermirəm. Verilişim verilişinizdən, sponsorum sponsorunuzdan artıqdır. Qoşa-qoşa aparıcılar, amma veriliş başdan-ayağa "şparqalka"lardan ibarətdir. Reytinqimiz kanallar arasında hamıya bəllidir.

Canım Afaq bilirsən ki, xətrin əzizdir. Amma naftalin redaktoruna de ki, mən onun üçün o biriləri deyiləm. Mənim verilişimdən çıxan xəbərlərlə öz verilişinizi doldurursunuzsa, redaktorunuzun canı çıxsın, istinad versin. Mənim mövzumu özününküləşdirəndə bax belə olur...”


Müəllif: Rəqsanə Həsənova