Aparıcı Xoşqədəm Hidayətqızı ARB televiziyasında açıqlaması ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Xoşqədəm Hidayətqızı həmkarların söz atıb: "Nə "şkaf"larda, nə də orada-burada gəzmədim. Əvvəldən bu sahəyə ictimai-siyasi, sosial axtarış proqramları ilə gəldim. Bir çox şeyləri bilmirəm. Əslində, ətrafımdan da bəllidir ki, hansı işlərlə məşğulam.
Bu gün dünyanın böyük ölkələrində layihələr edirik. Afrikada kənd tikdiririk. Yaxın günlərdə onun açılışına gedirəm. Artıq "Səni axtarıram" dünya hüdudlarında kənarda iş görür. İlklərə imza atıram. Çox istərdim ki, mənim də önümdə kimsə olsun.
2010-ci ildə necə başladımsa o şəkildə də davam edirəm. Deyirəm ki, bu ölkədə bir proqram olsun, baxım ondan nəyisə "kopya" edim. Baxırsan, ürək bulanır, eyni konsepsiya, eyni süjet xətti, eyni söz. İnsan dəli olur, özün-özündən iyrənirsən. İstəyirəm ki, beynim düşünmədən məhsulu götürüb özümünkü edim".