Türkiyənin məşhur müğənnisi Sibel Can Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış edib.
Teleqraf.com xəbər verir ki, Sibel Can konsertində Qarabağ zəfərimizə görə təbrik edib: "Hörmətli Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva başda olmaqla Qarabağın azad edilməsi münasibəti ilə Azərbaycan xalqını təbrik edirəm. Zəfəriniz zəfərimizdir, Qarabağ Azərbaycandır!".
İfaçı konsertinin əvvəlində sevənlərindən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini də istəyib.
Sibel Can ölkəmizə üç il əvvəl gəldiyini də vurğulayıb: "Bakıda üç il əvvəl əziz dostum Ruhi Əliyevanın doğum günündə konsert vermişdim. Yenidən sizinlə bir arada olmaq mənim üçün çox qiymətlidir. Azərbaycanlı hər sənətçi üçün çox dəyərli ölkədir. Azərbaycan xalqı musiqiyə, sənətkara böyük hörmətlə yanaşır. Hər biriniz dəyərsiniz. Burada mahnı ifa etmək mənim üçün şərəfdir. Hər birinizə təşəkkür edirəm".
Sibel Can konsertdə məşhur mahnılarını ifa edib.
Qeyd edək ki, konsert Peachline и Kevents Groupun təşkilatçılığı ilə baş tutub.