Aparıcı Xoşqədəm Hidayətqızının türkiyəli həyat yoldaşı Doğuş Türkiyənin TV 8 kanalında yayımlanan "2 sayfa" verilişində qonaq olub.
Teleqraf.com xəbər verir ki, Doğuş formada qalmasının sirrini açıqlayıb.
"Öncə ailə, həyat yoldaşı çox önəmlidir. Tez yatıb, tez oyanıram. Yeməyimə diqqət edirəm", - o deyib.
İfaçı aparıcının "Bu evlilik altı ay davam etməz deyənlər var idi" sualına da cavab verib: "Bəli, hətta "Doğuş bir-iki ilə boşanar” deyənlər var idi. Sonra uşaqlarımız dünyaya gəldi, dedilər ki, övladlarının bir yaşı olan kimi boşanacaqlar. İndi övladlarımızın altı yaşı var, düşünürəm ki, artıq bu haqda danışmırlar".
Doğuş aparıcının "Xoşqədəm Hidayətqızı söz-söhbətlərdən təsirlənirmi?" sualına isə "Xeyr, o, peşəkar işini görür. Azərbaycanda tanınmış bir jurnalist və aparıcıdır. Elə bir problemim yoxdur. O, özünə güvənir",- deyə cavab verib.
Doğuş Xoşqədəm Hidayətqızı ilə münasibətindən də danışıb: “Həyatım Azərbaycan və Türkiyədə keçir. Burada işlərimi görüb Bakıya gedirəm. Həyat yoldaşımın fikri məndə qalır, mənimki də onda... Artıq məni qısqanmır, səkkiz ildir ki, evliliyik. Evli olmaq və üzük taxmaq bəzi halların qarşını almır. Hətta konsert zamanı səhnədə idim və əxlaqsız təklif aldım. Xoşqədəm də orada idi. Bu, çox pis hal idi. Mənə bir xanım açıq-aşkar əxlaqsız təklif etdi. Xoşqədəm mənə baxıb güldü, mən də ondan sonra güldüm və üzüyümü göstərdim. Həyat yoldaşım bir neçə konsertimə gəlib. Təbii ki, qadın qüruru var. Amma yavaş-yavaş özümü ifadə edə bildim. Xəyanət edən adam evli qalmaz. Mən xəyanət etsəm evli qalmaram".