8 İyun 2022 21:36
1 618
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Avroviziya-2021" təmsilçimiz Samirə Əfəndi Teleqraf.com-un "Sözünü de" layihəsində qonaq olub.

- Samirə xanım, qarşıda hansı planlarınız var?

- Yaxın günlərdə Kiprə gedirik, orada konsert proqramı ilə çıxış edəcəyik. Bununla yanaşı Polşada, Portuqaliyada məkanların birində çıxışımız olacaq. Sentyabrda isə Braziliyaya səyahətimiz olacaq.

- Formada qalmağınızın sirri nədədir?

- Yuxu, idman və düzgün qida rejimi. Düzdür, şirniyyatan vaz keçə bilmirəm. Gün ərzində heç nə yeməsəm də şokolad yeməliyəm.

- Yaxın günlərdə "Avroviziya-2022"də iştirak edən Norveç təmsilçisini dəstəklədiyinizə görə problem yaşadınız. Məsələni həll etdinizmi?

- Norveç ilə yox, Azərbaycan nümayəndəliyi ilə problem oldu. Nümayəndəlikdən kiminsə mənimlə əlaqə saxlamasını gözləyirdim, amma olmadı.

- "Avroviziya-2022" təmsilçimiz Nadir Rüstəmli ilə görüşdünüzmü?

- Mən kiminləsə görüşməliyəm?! Kimin sualı varsa, məni tapa bilər. Bəlkə mənim də başa salacaq məqamlarım ola bilər.

- Nadir Rüstəmli yenidən "Avroviziya"da ölkəmizi təmsil etmək istəyir. Necə düşünürsünüz ki, ikinci dəfə təmsil etsə ön pillədə qərarlaşa bilərmi?

- Bilmirəm...Amma mən "Avroviziya"da yenidən iştirak etsəm ilk pillələrə çıxa bilərəm. Çünki mən müsabiqəyə gedəndə pandemiya və müharibə ərəfəsi idi. Əminəm ki, üçüncü dəfə təmsil etsəm ön pillədə olaram. Ölkəmiz tərəfindən təklif gəlsə baxaram. Çünki başqa ölkəni də təmsil etmək təklifi gəlib.

- Sizə Norveçdən təklif gəlib?

- Xeyr, bu haqa hələ ki, məlumat vermirəm. Çünki razılqı verməmişəm.

- Bilirik ki, şəxsi həyatınızı mətbuatdan uzaq tutursunuz. Hazırda sevgiliniz vamı?

- Çox varlı sevgilim var, oliqarxdır. Məni Milanın "Malpenza" hava limanından götürdü, Avstriyaya getdik. Rusiya milyarderi Roman Ambroviç səviyyəsində olan şəxsdir. Əslində, şəxsi həyatım haqda danışmaq istəmirəm. Çünki nəfsə gəlirəm.

- Bəs, siz Norveç təmsilçisi "TİX" (Andreas Haukeland) ilə sevgili deyilsiniz? Yaxın günlərdə onunla yenidən görüşdünüz.

- Xeyr, onunla sadəcə dostuq.

- Nə zaman evlənməyi planlaşdırırsınız?

- Hələ ki, evlənmək haqda düşünmək tezdir. Çünki hər iki tərəf evliliyə hazırlıqlı olmalıdır.


Müəllif: Rəqsanə Həsənova