28 İyun 2022 18:18
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Miri Yusifin pandemiyadan öncə planladığı konserti baş tutacaq.

Teleqraf.com xəbər verir ki, sənətçi “SS production”ın təşkilatçılığı ilə iyulun 1,2 və 3-də Yaşıl teatrda sevənlərinin qarşısına çıxacaq.

Canlı ifalarla müğənni səhnədə 3 saat qalmağı planlaşdırır. İfaçı tanınmış mahnıları ilə bərabər yeni hitlərini də təqdim edəcək. Tamaşaçıları səhnədə Miri Yusifin ulduz qonaqlarla duetləri də gözləyir.

Qeyd edək ki, Miri Yusifin 24 may 2020-ci il “Crystal Hall”da keçirilməli olan və pandemiyaya görə təxirə salınan konsertinə alınan bütün biletlər bu tarixlərdə keçərlidir.


Müəllif: Rəqsanə Həsənova