6 İyul 2022 13:43
1 123
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Roza Rərgərlinin övladlığa götürdüyü aktyor Corc Qafarov sosial şəbəkədə onu tənqid edənlərə cavab verib.

Teleqraf.com xəbər verir ki, Corc Qafarov İnstaqramda hekayə bölümündə bu sözləri qeyd edib:

"Roza xanım məni rəsmi olaraq övladlığa götürməyib. Roza xanım mənə ev almayıb. Sağ olsun, bacardığı qədər mənə kömək edib, əlimdən tutub. Mən və qardaşım Sosial Xidmətlər Agentliyinə evimizin olmadığına görə müraciət etdik. Adımıza daşınmaz əmlakın olmadığını araşdırandan sonra mənzil verilib. "Niyə mənzil verilib" sualına isə belə cavab verim: mən və qardaşım uşaq evində böyümüşük və dövlət himayəsində məktəbi bitirib, məzun olmuşuq. Ana və atamız dünyasını dəyişib. Bu, bizim haqqımızdır".

Qeyd edək ki, sosial şəbəkədə aktyora Roza Zərgərli tərəfindən ev bağışlandığı iddia olunaraq onu tənqid ediblər.


Müəllif: Rəqsanə Həsənova