1 Avqust 2022 16:52
918
12 Punto 14 Punto 16 Punto 18 Punto

Balidən ölkəmizə qayıdan müğənni Çingiz Mustafayev etirafı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Çingiz Mustafayev İnstaqramda bu sözləri yazıb:

“Hər birinizi Bakıdan salamlayıram! Mənim həyatımın hər dönəmi çox dəyişik keçib. Son bir ildə özümü heç vaxt olmayacaq qədər şəxsi inkişafıma və ruhani praktikama həsr elədim. Sizlərə danışmaq istədiyim hədsiz dərəcədə emosiyalar, fikirlər, təcrübələr var. Zamanla hər birini bölüşəcəm.

Altı aylıq Bali səfərimdən sonra daha dərindən anladım ki, insan həyatında balansı qorumaq ən fundamental prinsiplərindən biridir. Ona görə də, daxili dünyamla paralel, yeni nəfəslə və güclə karyeramı davam etdirəcəm. Yaxın günlərdə yeni mahnı və kliplə qarşınızda olacam. Çox keçməz ki, iki böyük konsertin elanını paylaşacam sizlərlə”.


Müəllif: Rəqsanə Həsənova