4 Dekabr 2014 05:45
1 396
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Victoria 's Secret” məhsullarını tanıdan 48 modelin podium çıxdığı nümayişdə 3 mindən çox qonaq iştirak edib.

Teleqraf.com “Hürriyet”ə istinadən xəbər verir ki, türk müxbir dəfilə öncəsi səhnə arxasına keçərək modellərin şouya hazırlıq prosesini çəkib. Səhnə arxasında podium çıxmağa hazırlaşan braziliyalı top model Adriana Lima jurnalistə müsahibəsində Türkiyə haqqında danışıb:

"Türkiyə çox gözəl ölkədir. Ora gedəndə hamı mənə doğmalıq göstərir.Türkiyə mənim ikinci vətənimdir.Yenidən getməyi çox istəyirəm".

A.Lima türk mətbuatında onunla bağlı yer alan iddialara isə cavab verməkdən imtina edib. Belə ki, model ailə quracağı deyilən Acun haqqında danışmaq istəməyib.

Rüstəm


Müəllif: