Özcan Dəniz 28 yaşı tamam olan iranlı sevgilisi Samar Dadgarın ad gününü sosial media hesabından təbrik edib.
Teleqraf.com xəbər verir ki, müğənni sevgilisi ilə fotosunu paylaşaraq, xoş sözlərini yazıb.
"Yaxşı ki, gəldin. Gəldin, mən yeniləndim, buludlar yox oldu. Sən toxunduğun hər şeyi özünəməxsus sevgi dolu ürəyinlə sağaltdın. Doğum günün mübarək, nağıl şahzadəm”.