Kəlbəcərdə konsert proqramı ilə çıxış edən xalq artisti Emin Ağalarov təəssüratını bölüşüb.
Teleqraf.com xəbər verir ki, Emin Ağalarov İnstaqramda foto paylaşaraq bu sözləri qeyd edib: "Bu gün Kəlbəcərdə vətənimizin müdafiəçiləri qarşısında çıxış etdiyim üçün böyük qürur hissi duyuram. Yaşa doğma Azərbaycan! Eləcə də böyük məmnuniyyətlə və böyük qürur hissi ilə tədbirdə iştirak edən bütün həmkarlarıma təşəkkürümü bildirmək istəyirəm".
Qeyd edək ki, konsertdə Rusiyada "Jony" ləqəbi ilə məşhurlaşan müğənni Cahid Hüseynli, Bahh Tee (Bəxtiyar Əliyev) də iştirak edib.