19 Sentyabr 2022 19:14
1 508
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı-aktrisa Zümrüd Qasımova həyat yoldaşı Nazim Zeynalovdan ayrılması haqda yayılan xəbərlərə aydınlıq gətirib.

Teleqraf.com-a açıqlamasında o, həyat yoldaşından boşanmadığını bildirib: "Həyat yoldaşımla bir yerdəyik, ayrılmamışıq. Boşanma ərizəsi formaldır. Festivalda iştirak etmək üçün mənə sənəd lazım idi. Uzun illərdir həyat yoldaşımın soyadını götürməmişəm, amma rəsmi nikah haqda sənədə götürəcəyimi qeyd etmişəm. Ona görə yenidən "Qasımova" soyadıma qayıtmalı idim. Sənədlərimi dəyişmək üçün vaxtım yox idi. İndi yenidən rəsmi nikah bağlayacağıq. Konyada festival baş tutdu, yenidən noyabrın 1-də festival olacaq".

Qeyd edək ki, Manset.az saytı Zeynalova Zümrüd Bəxtiyar qızı və Zeynalov Nazim Zakir oğlunun boşanmaq üçün ədliyyə orqanlarına ərizə ilə müraciət edikləri haqda xəbər yayıb.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər