"O ses Türkiye" yarışmasına qatılan Elnur Hüseynov mediada onunla bağlı yayımlanan xəbərlərə aydınlıq gətirib.
Teleqraf.com xəbər verir ki, “O ses Türkiyədə” möhtəşəm performansı ilə gündəmə gələn Elnur Rza Zərrabın ona pul verməsi ilə bağlı iddialara hafta.az-a açıqlamasında cavab verib.
O, bu xəbərlərin yanlış olduğunu və heç bir əsasının olmadığını bildirib. Hüseynov sevənlərini yalançı məlumatlara inanmamağa çağırıb və Azərbaycandan ona verilən dəstəyə görə dərin minnətdarlığını bildirib:
"Fikrimizcə, türk mediası xəbərlərini dərc etməmişdən öncə verdikləri məlumatı dərindən araşdırsalar, daha peşəkar iş ortaya çıxara bilərlər".