"Çox yaxşı ana idi. Onunla yaşamaq çox maraqlı idi. Bir qədər həyəcanlıyam".
Bu sözləri Teleqraf.com-a açıqlamasında əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın oğlu İlkin Süleymanov deyib:
"Hərbi xidmətə, eləcə də Rusiyanın bir çox şəhərlərinə gedən zaman arxamca gəlib. Çox qayğıkeş anaydı, nəzəri hər zaman üstümüzdəydi. Mən 15 ildə çoxdur xaricdə yaşayıram. Onunla çox az görüşürdük, ilə bir dəfə məzuniyyətə gələndə. Amma telefon vasitəsi ilə görüntülü danışırdıq. Sonuncu dəfə oğlumun toyunda görüşmüşdük, iyul ayında. Sonra Honq-Konqa getdi. Anamın musiqisini dinləyəndə həmişə ağlayıram".