16 Oktyabr 2022 10:35
14 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin tanınmış müğənnisi Cem Adrianın Bakı Konqres Mərkəzində konsert proqramı baş tutub.

Teleqraf.com xəbər verir ki, Cem Adrian anşlaqla keçən konsertində sevilən mahnılarını səsləndirib.

İstanbul Hava Limanından havaya qalxan Azərbaycan Hava Yollarına məxsus təyyarədə yaranmış texniki problemə görə səhnəyə iki saat gec çıxan ifaçı təəssüratlarını bölüşüb: "Sağ-salamat Bakıya gəldik. Hər kəsə təşəkkür edirəm. Ən qısa zamanda təkrar görüşərik. Konsertə iki saat gecikdik, konsertin olub-olmayacağını düşünməyimə rəğmən ən gözəl konsert oldu".

Qeyd edək ki, Azərbaycan Hava Yollarına məxsus təyyarədə yaranmış texniki problem olan zaman Cem Adrian və komadasının olduğu təyyarə İstanbul Hava Limanına geri dönüş etmişdi.


Müəllif: Rəqsanə Həsənova