Xalq artisti Cavan Zeynallının həyat yoldaşı Röya xanım xəstəxanaya yerləşdirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Xalq artisti "Səhiyyə TV"də yayımlanan "Sağlam səhər" proqramında deyib.
Veriliş zamanı Röya xanımla telefon əlaqəsi qurulub. O səhhətinin indi yaxşı olduğunu bildirib. "Sevincdən ağlayıram. Hər şey yaxşıdır", - deyə Röya xanım qeyd edib.