"Nəvəm övladımın yadigarıdır, gözümün ilk nurudur. Onu düşünəndə çox pis oluram. Bir neçə dəfə nəvəmlə danışdım, məndən atasını soruşdu".
Teleqraf.com xəbər verir ki, bu sözləri xalq artisti Nazpəri Dostəliyeva "Space maqazin" verilişində 41 yaşında ürək çatışmazlığından vəfat edən oğlu Əlinin övladı Tamerlandan danışarkən deyib:
"Nəvəm bu günə qədər atasının vəfat etdiyini bilmir. Çünki ona deməmişik, deyilməyib. Əgər deyilsəydi, atasını məndən soruşmazdı. Bir də mənə o sualı versə yaşaya bilmərəm".