Tanınmış türkiyəli aktyor Kıvanç Tatlıtuğ Məryəm Üzərli ilə eyni layihədə olmaqdan imtina edib.
Teleqraf.com "Hürriyet"ə istinadən xəbər verir ki, istənilən reytinqi yığa bilməyən “Kurt Seyit və Şura" serialının yayımının dayandırılmasından sonra Kıvanç yaradıcılığına fasilə verib. Prodüserlər aktyoru M.Üzərli ilə birlikdə serialda çəkilməyə razı salmağa çalışsalar da, bacarmayıblar.
Aktyorun agentliyindən verilən açıqlamada isə məsələ ilə bağlı belə deyilir:
“Kıvanç 2015-ci ilin sentyabrınadək hər hansı bir layihədə olmağı düşünmür. Bu səbəbdən təklifləri qəbul etmir. Digər tərəfdən o yalnız “Ay Yapım”la işləyəcək”
Rüstəm