9 Noyabr 2022 22:27
1 793
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Roza Zərgərli həyatımda olmasaydı, hamıda necə, məndə də elə davam edəcəkdi. Düzdür, Roza xanımın həyatımda mühüm rolu olub, həm mənəvi, həm də maddi tərəfdən. O insanın mənə pisliyi deyil, yaxşılığı keçib. Sənətdə mənə nə dərəcədə köməyi dəyib, bu, mübahisəli məsələdir. Çünki Roza xanıma qədər də bu işdə idim, ondan sonra da. Biz Roza xanımla "Qisas" serialında tanış olmuşuq".

Teleqraf.com xəbər verir ki, bu sözləri aktyor Corc Qafarov "Gecə qonağım" verilişində deyib.

O, müğənni Roza Zərgərli ilə münasibətindəki inciklikdən də danışıb: "Münasibətimizdə inciklik baş verib. Biz doğma ailə deyilik. Hərdən mənim, hərdən də onun sözü uyğun gəlmir. Roza xanım bəzi hallarda haqlı, bəzi hallarda isə haqsız ola bilər. Həmişə ona demişəm ki, səhvin olanda boynuna al. Amma onun bu xüsusiyyəti yoxdur".

Aktyor Roza Zərgərlinin ona qadağasından da danışıb: "Mənə qadağalar qoyub, deyib ki, çox qızlara meyl etmə. Amma mən işim və karyeram haqqında fikirləşirəm".

Qeyd edək ki, Roza Zərgərli Corc Qafarovu və onun qardaşı Jerar Qafarovu övladlığa götürmüşdü.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər