14 Noyabr 2022 18:39
8 475
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynində bədxassəli şiş aşkarlanan əməkdar artist Tünzalə Əliyevanın (Toppuş bacı) həkimi danışıb.

Teleqraf.com-un xəbərinə görə, ATV-də yayımlanan “Bizimləsən” verilişində Milli Onkologiya Mərkəzinin şüa terapiya şöbəsinin müdiri, həkim Niyazi Novruzov Toppuş bacının səhhəti haqda məlumat verib:

“Hazırda Tünzalə xanımın əhvalı yaxşıdır, bizimlə zarafat edir. O, ötən gün axşam saatlarında mədə qanaxmasından şöbəyə daxil olub. Müayinələr aparıldı və nəticədə məlum oldu ki, mədədə kapilyar partlayıb və qanaxma olub. Hazırda qanaxma yoxdur, bir az hemoqlobini aşağıdır.

Tünzalə xanım müalicəsini davam etdirir. Ona qan köçürülür. İki-üç gündən sonra baş-beyində şüa müalicəsi aparacağıq. Müalicəmiz iki həftə davam edəcək. Təxminən bir ay, yaxud ayyarımdan sonra baş-beynin “MRT” müayinəsi olacaq. Əminəm ki, başında yerləşən metastazların sorulması təsdiqini tapacaq”.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər