Türkiyənin son dönəm gənc və uğurlu aktrisası Afra Saraçoğlu 25 yaşını dostlarının əhatəsində qeyd edib.
Teleqraf.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, gecədə həm sevgilisi Mert Yazıcıoğlu, həm də “Yalı çapkını” serialında həyat yoldaşı rolunda çıxış edən tərəf müqabili Mert Ramazan Demir də olub.
3 ildir sevgili olduğu aktyor Mert Yazıcıoğlu Afranı sosial media hesabından belə təbrik edib:
"Əzizim, sevgilim... Həmişə belə gülümsə, səni çox sevirəm. Yaxşı ki, varsan”.