Müğənni Aygün Mahmudova həyat yoldaşı, rejissor Kənan M.M-in “TikTok” platformasından istifadə etdiyi üçün onu qınayanlara cavab verib.
Teleqraf.com xəbər verir ki, Aygün Mahmudova bu haqda ARB-də yayımlanan “Söz-baz” verilişində danışıb.
O, həyat yoldaşını müdafiə edib: “Kənan filmin, serialların baxış sayına və bir də “TikTok” platformasına baxır. Görür ki, “TikTok” insanlar tərəfindən daha çox izlənilir, daha çox sevgi göstərirlər. Hər kəs yaxınlaşır ki, Kənan müəllim “TikTok”da sizə baxırıq. Onun da bu, xoşuna gəlir. Halbuki Türkiyədə seriala çəkiləndə sseneriyə belə dəyişiklik, əlavələr edirdi. Orada ölkəmizi təmsil edirdi, kimsə təşəkkür etmədi”.
Aygün Mahmudova aparıcının “Sosial şəbəkədə qarşıma bəzi videolar çıxır, orada Kənanı qınayırlar” sualına isə “Bəli, ona çox deyiblər, sənin işin-gücün qurtarıb və sair”, - deyə cavab verib.