21 Dekabr 2022 14:35
1 313
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Xəzər Media Mərkəzinin baş direktoru, xalq artisti Murad Dadaşov doğum gününü qeyd edir.

Teleqraf.com xəbər verir ki, 44 yaşlı Murad Dadaşov ad günü təəssüratlarını bölüşüb: "Hamıya və ayrı-ayrılıqda hər kəsə bütün yaşadıqlarıma görə təşəkkür edirəm. Allah hər kəsə ürəyinə görə versin".

Qeyd edək ki, Murad Dadaşov şoumen, tanınmış teleaparıcı, prodüser, aktyor, "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun üzvü, "M Group Production" şirkətinin prezidenti, "20-ci əsrin çempionları" titulunun sahiblərindən biri, əməkdar və xalq artisti, Xəzər TV-nin baş direktorudur.


Müəllif: Rəqsanə Həsənova