"Maddi vəziyyətim çox acınacaqlıdır. Əməliyyatdan çıxmışam, iynə-dərmanı almağa imkanım yoxdur. Müalicə prosedurlarını vaxtlı-vaxtında edə bilmirəm".
Bu sözləri müğənni Nurlan Əzizbəyli Teleqraf.com-a açıqlamasında deyib:
"Mütəmadi olaraq el şənliklərində olmuşam. Artıq neçə illərdir toy məclislərinə də dəvət etmirlər. Sanki hər şey dayanıb. Bəlkə işlərimə mane olanlar var. Başa düşə bilmirəm. Zaur Baxşəliyevin aparacılıq etdiyi verilişə ev problemimə görə getmişəm. Dövlətimiz çox sağ olsun, hər şeyi etdi. Millət vəkili Qənirə Paşayeva çox sağ olsun, evimizi təmir elətdirdi. Zaur qardaşımın vasitəsiylə...
Səhhətimdə bəzi problemlər var idi, müalicə olundum. Kömək etdilər. Hazırda dərmanlar almalıyam, imkan yoxdur. Evimdə ərzaq da yoxdur. Oğlum ali məktəbə hazırlaşır, ac qalır".