10 Yanvar 2023 13:14
985
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Aygün Kazımovadan sonra müğənni Zamiq Hüseynov da işgəncə ilə pişiyi öldürən şəxsi sərt tənqid edib.

Teleqraf.com xəbər verir ki, Zamiq Hüseynov İnstaqramda hekayə bölümündə bu sözləri yazıb:

"Nə qədər ki, dünyamızda yaşayan belə ruhi xəstə, cahil insanlar olacaq və onlar cəzalanmayacaq, bir o qədər bizi çox bəlalar gözləyəcək. Sən bu cəmiyyətə, öz ailənə necə örnək olacaqsan? Sənin bu cəmiyyətə nə faydan dəyəcək?!"

Qeyd edək ki, Aygün Kazımova pişiyə işgəncə verən şəxsin cəzalandırılmasını istəyib.



Müəllif: Rəqsanə Həsənova