Müğənni Natavan Həbibi uzun müddətdir davam edən məhkəməsindən danışdı.
Teleqraf.com xəbər verir ki, Region TV-də yayımlanan “Şou məkan” verilişinin qonağı olan ifaçı bu barədə fikirlərini bölüşüb:
“Mənim heç bir problemim yox idi əslində. Kimsə problem istəyirdi və onu da aldı nəticədə. Hamısı məhkəmədə uduzdular. Hamısı öz paylarını aldılar. Mən tək, onlar da 35 nəfər. Nə oldu axırı? Paramparça oldular hamısı, biabır oldular. Camaat gülür bunlara.”
Müğənni bu müddətdə, həmkarlarını daha yaxından tanımaq fürsəti tapdığını da bildirib:
“Çox tez bir zamanda bir çoxlarını tanıdım. Bəziləri ilə uzaqdan da olsa əlaqələr var idi, amma artıq o əlaqəni də saxlamıram.”
O, aralarında problem olan həmkarları ilə yenidən barışıb-barışmayacağı haqda da danışıb: “Mən bir dəfə nöqtə qoyuram. O nöqtəni silib vergül edə bilmərəm.”
Müğənni, həmkarları ilə birlikdə hazırladığı, tanınmış rəqqasə Oksana Rəsulovaya həsr etdikləri klipdən də danışıb.
Rüstəm