Xalq artisti Nazpəri Dostəliyevanın bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən müğənni bacısı Zeynəb Dostəliyevanın səhhətindən danışıb.
Nazpəri Dostəliyeva Teleqraf.com-a açıqlamasında Zeynəb Dostəliyevanın səhhətinin stabil olduğunu deyib:
“Hələ ki, bacımın səhhəti stabildir, o, xəstəxanadadır. Qara ciyərində problem əmələ gəlib. Qaraciyər və böyrək transplantasiyasına ehtiyacı var. İnşallah, görək səhhəti necə olacaq, üzərində dayanmışıq. Mən bir bacı kimi əlimdən gələni edəcəm ki, yaşasın”.