“Altıncı hiss” və “Tənha ürəklər” serialının ulduzu Mişa Barton inanılmaz açıqlaması ilə gündəmə gəlib. O, 19 yaşında Leonardo Di Kaprio ilə cinsi münasibət qurmağa məcbur edildiyini etiraf edib.
Teleqraf.com xəbər verir ki, aktrisa bu barədə Britaniyanın “Harpers & Queen” nəşrinə müsahibəsində deyib.
Aktrisa fotosessiya zamanı təsadüfən "Titanik" ulduzu ilə yollarının kəsişdiyini xatırlayır. Di Kaprio o vaxt Bartondan 11 yaş böyük idi.
Publisist Kreyq Şnayder Bartona öz populyarlığını artırmaq və Hollivud karyerasını yüksəltmək üçün Di Kaprio ilə münasibət qurmağı təklif edib. "Get və onunla yat" - deyə Şnayder Bartona bildirib.
Barton publisistin məsləhətinə əməl etməkdən imtina edib və Di Kaprio ilə yaş fərqindən xəcalət çəkdiyini deyib.