Meyxanaçı Ələkbər Yasamallı (Quliyev) bibisi oğlu İsgəndər Mehdiyevi qətlə yetirən həmkarı Rəşad Dağlıdan söz açıb.
Teleqraf.com xəbər verir ki, Ələkbır Yasamallı "TikTok" sosial platformasında bu sözləri qeyd edib:
"Onun barəsində danışmıram. Çünki mənim verəcəyim suala cavab yoxdur. Dörd divar arasında qolu bağlıdır. Nə zamansa, inşallah, üzbəüz görüşəcəyik. Onun mənə, mənim də ona deyiləsi sözüm olacaq. Kişi kimi düşmənçilik edək. Bir insanın ki, mənə cavab vermək imkanı yoxdur, mən nə gəldi deyim, bu bizə yaraşmaz. Ona görə də məsələni həyatın axışına buraxaq".
Qeyd edək ki, Rəşad Dağlı qonşusu İsgəndər Mehdiyevi 14 bıçaq zərbəsi ilə qətlə yetirib.
İsgəndər Mehdiyev Ələkbər Yasamallının bibisi oğludur.
Qaradağ rayon məhkəməsinin qərarı ilə Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.