Aparıcı Afaq Gəncəli Xəzər televiziyasında yayımlanan "Səhər mərkəzi" verilişindən ayrılmasından danışıb.
Aparıcı Teleqraf.com-a açıqlamasında kanalda fəaliyyətinə davam edəcəyini deyib:
"Mənim "Səhər mərkəzi"ndən ayrılmağım müvəqqətidir. Səhhətimlə bağlı proqramdan ayrılıram, bir müddətdən sonra qayıdacam. Efirə tez qayıtsam eyni verilişlə, gec olsa yeni layihə ilə çıxış edəcəm. Xəzər televiziyasından çıxmamışam, fəaliyyətimə davam edirəm".
Qeyd edək ki, bu haqda ilk xəbəri Axşam.az saytı yayıb.