3 Mart 2023 17:38
1 403
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Nizami Kino Mərkəzində "Mən burada tək olmuşam” filminin təqdimat məsrasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, filmin baş qəhrəmanını oynayan Hikmət Rəhimov "Mən burada tək olmuşam” filminin çəkilişindən danışıb:

"Film üç il əvvəl çəkilib. Çəkilişlər bitdikdən on gün sonra ölkəmizdə pandemiya başladı. Filmin mövzusu bu coğrafiyada yaşayan insanlara çox az qisminə aiddir. İnanc məsələlərinə diqqət çəkilib. Rejissor Emil Quliyev çox ağır mövzuya toxunub. Düşünürəm ki, filmdən sonra insanların müəyyən inanclara inamı qalmayacaq. Ekran əsərinin böyük bir mesajı var.

Çəkiliş zamanı çətin tərəf o idi ki, adam bir gecənin içində beş nəfəri öldürməli idi. Onu canlandırmaq çox asan deyildi. Biz həmin səhnəni on günə çəkiriksə, filmdə bir gecədə baş verən hadisə kimi təqdim edirik. Səhnə də inandırıcı olmalıdı.

Mənə görə müsbət və mənfi obraz anlayışı yoxdur. Hər bir insanın yaxşı və pis tərəfləri var. Filmdə Azər Aydəmirovla tərəf müqabili kimi ikinci iş birliyimizdir. Film "Əqrəb mövsümü"ndən əvvəl çəkilib".

Aktyor "Əqrəb mövsümü"ndən də danışıb: "Əqrəb mövsümü" çoxseriyalı bədii filmi ölkədə serial sektorunun inkişafına xidmət edəcək. Düşünürük ki, başqa komandalar da daha yaxşı işlər görəcəklər. "Əqrəb mövsümü"nün davamı çəkilə bilər. Amma o haqda məlumat verə bilmərəm".

Qeyd edək ki, "Mən burada tək olmuşam" filminin rejissoru Emil Quliyevdir. Ekran əsərində baş rolları Hikmət Rəhimov və Azər Aydəmirov canlandırıb.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər