16 Mart 2023 14:54
3 857
12 Punto 14 Punto 16 Punto 18 Punto

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu ilə əməkdar artist aşıq Samirə Əliyeva arasında qalmaqal bitmir.

Teleqraf.com xəbər verir ki, Hüseyn Məhəmmədoğlu “Şou xəbər”də aşıq xanımı yenidən tənqid edib: “Elə adam tanımıram və tanımaq da istəmirəm. O, adam deyil. Biz aşıq Telli Borçalını, Zülfiyyə İbadovanı tanıyırıq. Dediyiniz xanımı yox... Bir çox insanlara görə hörmət edib, onun haqda başqa sözlər demədim. Özü də bilir ki, həmin şəxslər kimlərdir. Adam yediyi çörəyə dəyər verər. Sən mənim evimə gəlib yediyim çörəyə tüpürsən, səninlə barışaram? Heç vaxt! O kimdir axı?”.

Qeyd edək ki, Samirə Əliyeva bir müəddət İTV-də yayımlanan “Səs Azərbaycan: doğma nəğmələr” yarışmasımdan klarnet ifaçısının həyat yoldaşı Aysel İbrahimovanı uzaqlaşdırmışdı. Hüseyn Məhəmmədoğlu isə "Aşıq, saz çalan estradadan danışırsa, kül Azərbaycan estradasının başına" paylaşımını edərək Samirəyə etirazını bildirmişdi.












Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər