25 Mart 2023 18:36
1 558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğəmni Nura Suri MTV Azərbaycan kanalında müğənni Şəbnəm Tovuzlunun cavabını verib.

Teleqraf.com xəbər verir ki, Nura Suri Şəbnəm Tovuzlunun bilərəkdən qalmaqal etdiyini deyib:

"Əslində, Şəbnəm Tovuzlu haqqında çox gözəl fikirlər bildirdim. Dedim ki, onun canlı ifalarını eşitmişəm. Çox gözəl ifası var, amma bəzi mahnılarında effekt qoyulur. Ona görə bəziləri tərəfindən qəbul edilmir. Amma istedadsız və s. demək olmaz. Onun yaxşılığna demişəm. Ola bilər ki, prodüseri tərəfindən istədilər söz-söhbəti böyütmək, qalmaqal etmək istədilər. Düşünürəm ki, o, mənim dediyimi başa düşdü. İnsan əgər bu qədər məşhurluq qazana bilibsə, deməli ağlı, düşüncəsi yerindədir. İstedaddan əlavə insana intellekt, ağıl lazımdır. Şəbnən Tovuzlunun mənə cavab verməsi müəmmalı qaldı. Çünki ona zamanında hər mövzuda çox dəstək olmuşam. Hamının səhvi var. Səhvsiz insan yoxdur. Biri səhv edəndə, kimsə onu vuranda müdafiəsinə qalxıram. Şəbnəm Tovuzlu haqqında söz- söhbətlər olanda həmişə dəstək olmuşam".

Qeyd edək ki, Nura Surunin "Şəbnəm Tovuzlu mahnılarına effekt qoydurur" deməsi qalmaqala səbəb olub.


Müəllif: Rəqsanə Həsənova