Aparıcı Zümrüd Bədəlova avtomobil qəzasında dünyasını dəyişən əməkdar mədəniyyət Oqtay Əliyevin yas mərasimini ifrat dərəcədə təqdim edən media nümayəndələrini tənqid edib.
Teleqraf.com xəbər verir ki, Zümrüd Bədəlova "Xəbər-Ətər" verilişində göz yaşlarını saxlaya bilməyib: "İnsanların acısını belə yaşamasına imkan verməyən bəzi media nümayəndələri...Bu, heç kimə xoş deyil. Kaş ki, o fotoları çəkməzdiniz. O fotolar mərhumun yaxınları üçün ən böyük tramvadır. Başa düşə bilmirəm, bir insanın cansız bədənini necə çəkib yaymaq olar? Buna necə ürək lazımdır? Bəzi mənzərələr var ki, mənim ağlımdan çıxmır. Onun da səbabkarı sizsiniz. Adam artıq yas mərasimlərinə gedəndə düşünür ki, necə geyinsin ki, onu çəkməsinlər.Yas mərasimlərini böyük təqdimatlarla səhv salan jurnalistlərimiz var. Qəbiristanlıqda fəryad edənlərin, saqqız çeynəyərək ağalayan insanların ağzının içini çəkən "jurnalistlərimiz" var. Dodağına qırmızı boya çəkib qəbiristanlığa gələn jurnalist ola bilməz. Unutmayın ki, belə bir gün hamı üçün var. İnsanların acısını çəkmələrinə izn verin. Dilarə xanımın göz yaşlarını, ah-naləsini bu qədər çılpaqlığı ilə, ifratcasına çəkib paylaşmaq hansı peşəkarlığın göstəricisidir? Arada özünüzü də həmin insanların yerinə qoyun".