Xalq artisti Mehriban Zəki xəstəxanadan evə buraxılıb.
Bu haqda Teleqraf.com-a Xalq artistinin aparıcılıq etdiyi "Güzgü" verilişinin ssenari müəllifi Turan Uğur məlumat verib: "Xəstəxanadan çıxıb. Səhhəti yaxşılaşmağa doğru gedir. Şükür Allaha, yaxşıdır".
Turan Uğur onu da deyib ki, Mehriban Zəkinin səhhəti yaxşılaşan kimi verilişin çəkilişlərinə başlanılacaq: "Ehtiyatda bir neçə verilişimiz var. Bu həftə təzə veriliş yayımlanacaq".
Qeyd edək ki, Mehriban Zəki Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Tibb Hospitalında idi.
Onun qolunda və qabırğasında çat varıdı.