Ledi Qaqa hər zaman təəccübləndirməyi bacarır. Yeni reklam kampaniyası üçün müğənni qeyri-adi fotosessiya edib.
Teleqraf.com xəbər verir ki, Yaponiyanın Shiseido kosmetika brendinin yeni siması Ledi Qaqa olub. Populyar müğənni brendin yeni reklam kampaniyası üçün 50 "selfie" çəkib. Müqaviləyə əsasən, fotolardan hər biri müxtəlif yapon jurnallarının Yeni il nömrələrində nəşr olunacaq.
Qeyd edək ki, bu, Ledi Qaqanın ilk byuti müqaviləsi deyil. O, bundan öncə M.A.C-dan Viva Glam xeyriyyə kolleksiyasının siması olub. Bundan başqa, ifaçının Versace və H&M markaları ilə də müqaviləsi var.
Rüstəm